Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda inflyasiya açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda inflyasiya açıqlandı

Azərbaycanda illik inflyasiya 2,6 faizdən 2,7 faizə, aylıq inflyasiya isə 0,5 faizdən 0,6 faizə yüksəlib


 

2020-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar ayına nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,6 faiz, qeyri-ərzaq malları üzrə 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 1,5 faiz artıb. 

 

Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib. 

 

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi 2019-cu ilin dekabr ayı ilə müqayisədə 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 0,3 faiz artıb, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 0,2% faiz azalıb.

 

Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal ətinin, təzə və dondurulmuş balığın, kolbasa məmulatlarının, südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın, kərə və bitki  yağlarının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, şəkərin, çayın, qəhvənin, spirtli içkilərin qiymətlərində bahalaşma, portağalın, bananın, kivinin, qozun, çuğundurun, yerkökünün, mərcinin, şəkər tozunun, energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

 

2020-ci ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyimin, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, divar kağızlarının, boyaların, kəsilmiş taxtanın qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, mobil telefonların, fotoaparatların, fərdi kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

 

Ötən ilin dekabr ayı ilə müqayisədə cari ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, ayaqqabıların təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ictimai iaşə xidmətlərinin qiymətlərində bahalaşma, dəmir yolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

 

Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci ilə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8 faiz, qeyri-ərzaq malları üzrə 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2,0 faiz artmışdı.

 

2019-cu ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 0,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,1 faiz, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 0,1 faiz artmışdı.

13.02.2020 09:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ