Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"Muğanbank" AHK Azərbaycan üzv seçildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
 "Muğanbank" AHK Azərbaycan üzv seçildi

(®) “Muğanbank” ASC, Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK Azərbaycan) İdarə Heyətinin 11 fevral 2020-ci il tarixli qərarına əsasən üzv seçilib. 

 

Reklam_3_11

AHK Azərbaycana üzvlük sayəsində “Muğanbank” ASC Alman-Azərbaycan Biznes Dairəsinə qoşulacaqdır. Bu əməkdaşlıq banka palatanın şəbəkəsi, xidmətləri və dialoq platformasından faydalanmaqla, Almaniya və Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafında iştirak etmək imkanı yaradacaqdır.

 

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

13.02.2020 09:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ