Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Buğdamız olsaydı, 234 milyon dollar ölkəmizdə qalardı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Buğdamız olsaydı, 234 milyon dollar ölkəmizdə qalardı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycana 1 mln. 268,1 min ton buğda idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Məlumata əsasən, respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri  234 mln. 351,8 min  dollar (azalma 9,3%) təşkil edib.

 

Hesabat dövründə Azərbaycana 141 mln. 649,1 min dollar dəyərində (artım 47,5%) 346,8 min ton şəkər xammalı və şəkər (artım 56%),  100 mln. 37,1 min dollar dəyərində (artım 74%) 110,4 min ton bitki yağı (artım 17%),  35 mln. 59,9 min  dollar dəyərində (artım 2,9 dəfə) 10 min 96,5 ton çay (artım 84%),  40 mln. 578,5 min  dollar dəyərində (artım 2,2 dəfə) 11 min 939,4 ton kərə yağı və süd (artım 4,5%) idxal edilib.

 

Ümumilikdə, yuxarıda adı çəkilən yeyinti məhsullarının idxalına  553 milyon dollar sərf edilib.

 

Yanvar-noyabr aylarında respublikaya 49 mln. 556,2 min dollar dəyərində (artım 79,1%) 56 min 352,4 ton meyvə (artım 11,7%), 16 mln. 14 min dollar dəyərində (artım 3 dəfə) 41 min 956,5 ton tərəvəz (artım 84,8%),  26 mln. 8,1 min dollar dəyərində (artım 3,4 dəfə) 141,6 min ton kartof (artım 51,4%) idxal edilib.

 

Hesabat dövründə ölkədən  96 mln. 209,1 min dollar dəyərində (artım 61%) 108 min ton tərəvəz (artım 47,8%),  158 mln. 521,7 min dollar dəyərində (artım 12%) 116,7 min 337,6 ton meyvə (artım 24,7%),  15 mln. 781,2 min dollar dəyərində (azalma 24,4%) 38 min 203,1 ton kartof (artım 4,5%),  4 mln. 938,9 min dollar dəyərində (azalma 66,7%) 918,5 ton çay (azalma 71,3%) ixrac edilib.

 

Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan  54 mln. 32,7 min  dollar dəyərində (azalma 70,4%) 95 min 364,6 ton şəkər (azalma 47,2%),  7 mln. 783,8 min dollar dəyərində (azalma 84,6%) 7 min 456,1 ton bitki yağı (azalma 63,7%) ixrac edilib. 

 

©İnterfaks-Azərbaycan

19.12.2016 10:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ