İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti azalıb
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2019-cu ili 18 milyon 641 min manat mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatına görə bu, 2018-ci ilə nisbətən 3,5% azdır.
Ötən il İKZF-nin faiz gəlirləri 44 milyon 963 min manat (əvvəlki ilə nisbətən 6,3% az), faiz xərcləri 18 milyon 827 min manat (8,1% çox), dəyərsizləşmə üzrə zərəri 455 min manat (56,2% az), haqq və komissiya xərcləri 1 milyon 137 min manat (əvvəlki il gəlir olub), digər gəlirləri 1 milyon 293 min manat (11,3% az), insan resursları üzrə xərcləri 4 milyon 344 min manat (21,8% çox), inzibati və digər xərcləri isə 2 milyon 852 min manat (61% çox) təşkil edib.
Bu il yanvarın 1-nə İKZF-nin aktivləri 1 milyard 406 milyon 159 min manat olub ki, bu da illik müqayisədə 10,15% çoxdur. Bunun 998 milyon 79 min manatı ipoteka kreditləridir. 2019-cu ildə Fondun kredit portfeli 11,5% böyüyüb.
Hesabat dövründə İKZF-in öhdəlikləri 1,4% artaraq 754 milyon 278 min manata, o cümlədən borc öhdəlikləri 5,4% artaraq 728 milyon 920 min manata, balans kapitalı isə 22,4% artaraq 651 milyon 781 min manata, o cümlədən nizamnamə kapitalı 21,5% artaraq 566 milyon manata çatıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
10 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
13 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
13 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 16 saat əvvəl
- 17 saat əvvəl