Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda spirtli içki istehsal edən şirkət cərimələnidi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda spirtli içki istehsal edən şirkət cərimələnidi

Azərbaycanda spirtli içki istehsal edən “Kristall Plus” Qapalı Səhmdar Cəmiyyəti inzibati qaydada cərimə edilib.

 

 Binəqədi Rayon Məhkəməsi valyuta tənzimi qaydalarını pozduğuna görə, şirkətin 90 569 Rusiya rublu (təxminən 2500 manat) miqdarında inzibati qaydada cərimə olunması barədə qərar çıxarıb.

 

“Kristall Plus” QSC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

 

Qərardan şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, əsası 2004-cü ildə qoyulan "Kristall Plus” QSC Azərbaycanda, eləcə də onun sərhədlərindən kənarda konyakın, eyni zamanda, tünd və sərt içkilərin istehsalı, qablaşdırılması və satışını həyata keçirir.

 

Hal-hazırda zavod "ProbaGold", "Medovaya", "ProbaSilver", "Zubrovka", "Starka", "Zernovaya", "Kubanskaya" kimi tünd, eləcə də "Oxota", Konyak 3* kimi müxətlif məhsullar istehsal edir.

 

Hal-hazırda qüvvədə olan Qaydalara əsasən, xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mal 270 gün ərzində Azərbaycan Respublikasına idxal edilməlidir. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə  və  ya qabaqcadan ödənilmiş  məbləğ geri qaytarılmadıqda sahibkarlıq subyektləri yüksək məbləğdə cərimə edilirlər. Təklif olunur ki, valyuta tənzimi əvvəlki formaya 360 günə qaytarılsın və bundan əlavə bəzi mürəkkəb avadanlıqların idxalı zamanı xüsusi mexanizmlər, məsələn sövdələşmə tarixçəsi tətbiq edilsin.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Report

13.02.2020 11:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ