Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Daha bir rayonda Aqropark yaradılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir rayonda Aqropark yaradılır

Salyan rayonun Qızılağac kəndi ərazisində yeni Aqroparkın yaradılmasına başlanılmışdır.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirib.

 

İcra başçısı bildirib ki, Qarabağlı, Yenikənd və Xələc kəndlərində hər birinin sahəsi 1 hektar olan 6 müasir tipli istixana yaradılmış, Salyan şəhərində “SÜNBÜL-2012” MMC tərəfindən un dəyirmanının və 2 mərtəbəli bazar-ticarət mərkəzinin tikintisinə başlanılmışdır.

 

Rayonda “BRM üzüm”MMC, “Gilə”MMC, “Qaraçala MMC”, “Balacans” MMC, Qarabağlı kooperasiya və sair kimi iri təsərrüfatlar yaradılmışdır.

 

“Ələddin Fermer” MMC-nin illik istehsal gücü 600 ton olan meyvəqurutma müəssisəsinin, Qaraçala qəsəbəsində 2400 başlıq heyvandarlıq kompleksinin, Kür Qaraqaşlı kəndində “Nurgün Aqro” MMC-də 400 başlıq heyvandarlıq kompleksinin və 40 başlıq müasir tələblərə cavab verən kompüterləşmiş sağım sexinin tikintisi başa çatdırılmışdır.

10.04.2017 06:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ