Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rayonlar bir-birindən barama “oğurlayır” - İCRA BAŞÇISI AÇIQLADI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rayonlar bir-birindən barama “oğurlayır” - İCRA BAŞÇISI AÇIQLADI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Kürdəmir rayonunda Baramaçıların Resbublika müşavirəsi keçirilib.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov baramaçılıqda olan bir sıra problemləri açıqlayıb.

 

İcra başçısı qeyd edib ki, əsas problemlərdən biri kümçülərin saxlama yerlərinin olmamasıdır:

 

“Məsələn Kürdəmirdə bizim kümçülərin eləsi var ki, özünün yaşadığı evin otağının birini boşaldıb baramanı yetişdirir. Maraq var, sadəcə yerin olmaması çətinlik yaradır. Həmçinin təhlilər aparmışıq, harada saxlama yeri darısqal olub orada məhsuldarlıq aşağı, saxlama yeri geniş olanlarda isə yüksək olub. Yeri geniş olan kümçü hər qram qurda 75-78 kq barama təhvil verib.

 

Digər bir problem, yetişdirilən baramanın digər rayonlar tərəfindən nağd şəkildə alınmasıdır. Açığını deyəcəm, barama yetişən zaman kümçülərə digər rayonlardan yüksək qiymətlər təklif edilir. Ehtimal ki, bu rayonlar plana əməl edə bilmirlər, ona görə yüksək qiymətlər təklif edirlər. Bizim əsas baramaçılıq təsərrüfatlarımız Kürqırağı kəndlərimizdədir. Ötən il məcbur oldum, Kürün qırağında yerləşən kəndlərdə Kürdə olan lotkaları yığışdırdıq. Kürdəmirin Kür ilə sərhəd olan rayonlardan gecə ilə lotkalar ilə keçib, barama bazarlığını edib qayıdırdılar”.

 

““ŞƏKİ İPƏK” PULLARI GECİKDİRDİ”

 

Ceyhun Cəfərov əlavə edib ki, kümçülərin digər bir dərdi baramanın pulunun gecikməsidir:

 

“Kümçülərimizin bir dərdini də demək istəyirəm. Barama yetişən zaman 4 manat “Şəki İpək” tərəfindən ödənilir, 5 manat da dövlət subsidiya verir. Bunları birləşdirilərək, eyni zamanda nağd şəkildə qapanda verilsə daha yaxşı olar. Ötən il “Şəki İpək” bizim rayondan olan kümçülərin pullarını gecikdirdi. Mən onları toplayaraq narahat olmamağa çağırdım. Bu kimi problemlər həllini tapsa baramaçılığa maraq daha da artacaqdır”.

14.02.2020 09:20

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ