Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sürücülərə tətbiq edilən cərimələrin məbləği kəskin artıb - 119 MİLYON MANAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sürücülərə tətbiq edilən cərimələrin məbləği kəskin artıb - 119 MİLYON MANAT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ildə yol hərəkəti qaydalarının pozulmasına görə 119 milyon manat məbləğində cərimələr tətbiq edilib.

 

Bu, Marja-ya Dövlət Statistika Komitəsindən bildirilib. 

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə qaydaların pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilmişdi. Beləliklə, ötən il tətbiq edilən cərimələrin məbləği 33,4 milyon manat artıb.

 

Ötən il ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 3 milyon 999 min olmuşdur. Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 22,1 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,3 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,3 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 3,5 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

 

HADİSƏLƏRİN SAYI ARTIB

 

2019-cu ildə ölkənin avtomobil yollarında 1870 və ya 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz artaraq 2523 nəfər olmuşdur. Onlardan 821-i həlak olmuş, 1702-si isə yaralanmışdır. Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş vermiş, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

 

Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı 2018-ci ilə nisbətən 1,4 faiz artaraq 564 nəfər, yaralananların sayı 0,2 faiz artaraq 1631 nəfər olmuşdur.

 

Bütün yol-nəqliyyat hadisələrinin 43,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

 

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,6 faizini, yaralananların isə 72,9 faizini kişilər təşkil etmişdir.

 

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş vermiş, nəticədə 18 nəfər həlak olmuş, 21 nəfər yaralanmışdır. Hadisələrin 60,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

14.02.2020 09:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ