Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Azəripək” barama pullarını gecikdirir, kədlinin həvəsi azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azəripək” barama pullarını gecikdirir, kədlinin həvəsi azalır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkədə istehsal olunan baramanın qəbulu ilə məğul olan “Azəripək” kümçülərin (baramaçı) pullarını gecikdirib.

 

Reklam_3_11

“Marja”nın məlumatına görə, bunu Baramaçıların Resbublika müşavirəsi Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib.

 

İcra başçısı deyib:

 

“Barama məhsulu təhvil veriləndə 4 manat “Şəki İpək” (“Azəripək” MMC) tərəfindən ödənilir, 5 manat da dövlət tərəfindən subsidiya verilir. Bunlar birləşdirilib, eyni zamada nağd şəkildə verilsə yaxşı olar. Ötən il “Şəki İpək” kürdəmirli kümrükçülərin pullarını gecikdirdi. İnsanlar narahat olmağa başlamışdı, mən onları topladım və bildirdim ki, narahat olmayın pulunuz qəpiyinə qədər bir gün tez, bir gün gec ödəniləcək. Bu kimi problemlər həllini tapsa bu sahəyə həvəs daha da artacaq”.

 

Qeyd edək ki, ötən il kürdəmirli kümçülər 22,6 ton barama tədarük edib ki, bu da 2016-cı il ilə müqayisədə 6,3 dəfə çoxdur. Barama istehsalından rayon kümçüləri 204 min manata yaxın gəlir əldə ediblər.

 

Ötən il respublika üzrə 643 ton barama tədarük olunub ki, bu da 25% artım deməkdir.

 

Azərbaycanda barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilir. Baramanın hər kiloqramı 4 manatdan qəbul edilir.

14.02.2020 12:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ