Son 141 ilin ən isti yanvar ayı bu il olub

Son 141 ilin ən isti yanvar ayının 2020-ci ilə aid olduğu müəyyən olunub. 

 

"Marja" xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasından (NOAA) verilən açıqlamada, 141 ildir aparılan iqlim qeydlərinə görə, quru və dəniz səthində 12 dərəcə olan orta istilik, bu ilin yanvar ayında 1,14 dərəcə daha yüksək olub. 

 

Açıqlamada dünyanın getdikcə daha da istiləndiyinə və buzlaqların əridiyinə diqqət çəkilib. 

 

Ortalama tempraturun artmasına görə Arktik dənizindəki buzlaqlar 5,3%, Antarktika dənizində isə  9,8% azalıb.

 

Alimlər, statistik analizlərə əsasən, 2020-ci ilin ən isti illərdən biri olacağını bildirirlər. 

14 Fevral 2020 , 15:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin