Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın kurort şəhərində satıcısız mağaza istifadəyə verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın kurort şəhərində satıcısız mağaza istifadəyə verildi

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü və şəhərdə fəaliyyət göstərən “Gözəl Naftalan” MMC-nin dəstəyi ilə Azərbaycanda ilk dəfə satıcısız mağaza istifadəyə verilib. 

 

Mağaza “Naftalan 24/7” adlanır. Mağazanın istifadəyə verilməsində məqsəd şəhərə gələn turistlərin məmnunluğunu təmin etməkdir.

 

Naftalan Şəhər İcra Hakimiyyətindən “Marja”ya bildirilib ki, bu tip layihələr artıq xaricdə bir neçə ölkədə mövcud olsada, Azərbaycanda ilk dəfə Naftalan şəhərində həyata keçirilib.

 

"“Naftalan 24/7”- satıcısız pilot-layihə mağazasının açılması həm yerli sakinlərimiz, həmdə də xarici turistlər üçün maraqlı olacaq, onlar arasında rəğbət qazanacaq, ticarətdə insanlarımız üçün yeni bir addım və yeni konsept olacaq. Bu Pilot-layihə “Ədalət-testi” kimi də adlandırıla bilər", - İcra Hakimiyyətindən bildirilib.

 

 Mağazada müxtəlif məhsullarla bərabər, turistlərin Naftalana daha çox gəldiyini nəzərə alaraq onların daha çox ehtiyac  duyduğu mallarda satışa çıxarılıb.

 

“Naftalan məlhəmi” MMC-nin 20-yədək ilk tələbat malları - diş pastaları, kremləri, yağları,şampunları, sabunları və digər mallar satışa çıxarılıb.

 

Mağazanın uzun müddətli fəaliyyət göstərməsi və Naftalanın bir neçə yerində açılması nəzərdə tutulub.

 

Naftalan  kurort şəhəridir. 2019-cu ildə  kurort şəhərinə gələn turistlərin sayı əvvəlki illərlə  müqayisədə artaraq   40 min nəfərədək çatmışdır. Onlardan 40 faizi  xarici turistlərin payına düşür. Bu statistika müstəqillik illərində Naftalanda qeydə alınan ən yüksək göstəricidir.

14.02.2020 12:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ