Sevgililər günündə Hesab.az istifadəçiləri sevindirdi

® Sevgililər günündə də Hesab.az istifadəçilərini hədiyyələrlə sevindirdi.

 

 Sevgililər gününə özəl olaraq, keçirilən kampaniya İstifadəçilər tərəfindən böyük maraqla qarşılandı və 2 saat müddətində kampaniya uğurla başa çatdı.

 

130-dan çox hədiyyə təqdim edilən kampaniyada müxtəlif sayda enerji bankı, yaddaş kartı, qulaqlıq, USB kabel, puzzle, kitab, avtomobil üçün tozsoran, notbuk üçün çanta, kosmetik vasitələr və konsert bileti kimi müxtəlif hədiyyələr yer almışdı.

 

Hesab.az hər zaman istifadəçilərinin razılığını və məmnuniyyətini birinci yerdə tutaraq, müxtəlif kampaniyalar planlayır və bu kampaniyaları E-mail, sosial media və veb səhifəsi ilə elan edir. Adi bir ödəniş platforması olmaq əvəzinə, ödəniş edərək həm zaman, həm də hədiyyə qazanma fürsəti vermək istəyən Hesab.az, bunu təmin etməyə çalışır. Buna görə də növbəti aylarda da kampaniya və hərrac keçiriləcəkdir.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür

14 Fevral 2020 , 17:52   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin