"PAŞA Bank Gürcüstan" böyüyüb

2019-cu ilin sonuna "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi "PAŞA Bank Gürcüstan"ın cəmi aktivləri 495 milyon 242 min lari (297 milyon 145 min manat) olub ki, bu da 2018-ci illə müqayisədə 51,95% çoxdur. Bunun 295 milyon 548 min larisi (177 milyon 329 min manatı) müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 58,4% böyüyüb.

 

Hesabat tarixinə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri isə 396 milyon 31 min lari (237 milyon 619 min manat) təşkil edib ki, bu da illik müqayisədə 81,55% çoxdur. Bunun 248 milyon 145 min larisi (148 milyon 887 min manatı) müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 2,4 dəfə böyüyüb.

 

Son 1 ildə "PAŞA Bank Gürcüstan"ın balans kapitalı 8% azalaraq 99 milyon 211 min lariyə (59 milyon 527 min  manata) düşüb. Bankın nizamnamə kapitalı isə dəyişməyərək 103 milyon lari (61,8 milyon manat) qalıb. 

 

"PAŞA Bank Gürcüstan" 2019-cu ili 8 milyon 209 min lari (4 milyon 925 min manat) zərərlə başa vurub. Halbuki, Bank 2018-ci ildən 2 milyon 574 min lari (1 milyon 545 min manat) mənfəətlə çıxmışdı.

 

Ötən il "PAŞA Bank Gürcüstan"ın gəlirləri 33 milyon 484 min lari (20 milyon 9 min manat), o cümlədən faiz gəlirləri 28 milyon 607 min lari (17 milyon 164 min manat), qeyri-faiz gəlirləri 4 milyon 877 min lari (2 milyon 926 min manat), xərcləri 38 milyon 271 min lari (22 milyon 963 min manat), o cümlədən faiz xərcləri 10 milyon 340 min lari (6 milyon 204 min manat), qeyri-faiz xərcləri 27 milyon 931 min lari (16 milyon 759 min manat), xüsusi ehtiyatlara ayırmaları isə 3 milyon 423 min lari (2 milyon 53 min manat) təşkil edib.

 

1 lari = 0,6 manat

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Renkinq

15 Fevral 2020 , 09:13   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin