"Bu gün Əliyev və Paşinyan münaqişənin həllini müzakirə edəcəklər"

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev  ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında müzakirə keçiriləcəyi bildirilir.

 

Turan Agentliyinin yaydığı məlumata görə, konfrans təşkilatçıları bildiriblər ki, Əliyev və Paşinyani Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.

 

Həmin mənbəyə görə, debat yerli vaxtla saat 17: 30-dan 18: 15-dək keçiriləcək.

 

Müzakirənin moderatoru ABŞ-Rusiya Fondunun prezidenti Celeste Wallander olacaq. 

15 Fevral 2020 , 06:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin