11 min nəfərə yaxının vəziyyəti ağırdır, ölənlər sürətlə artır

Çində yeni koronavirusa (COVID-2019) yoluxanların sayı 70 548 nəfərə çatıb.

 

Bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Məlumata görə, koronavirusa yoluxanların 1 770 nəfəri ölüb, 10 844 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.

 

Xəstəlikdən ölüm səviyyəsi bir gün əvvəlki 2,43 faizdən 2,5 faizə yüksəlib.

 

Xəstələrdən 10 644 nəfərin vəziyyəti ağırdır. 

 

Bölgələr arasında Hubey əyaləti virusa yoluxmuş insanların sayına görə yenə birinci yerdədir. Belə ki, Hubey əyalətində 58 182 nəfər virusa yoluxub. Onların da 1 696 nəfəri ölüb, 6 639 xəstə sağalıb və xəstəxanalardan evə buraxılıb.

17 Fevral 2020 , 06:35   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin