Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda 14 bankın əməliyyat mənfəəti artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 14 bankın əməliyyat mənfəəti artıb

"AtaBank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 14-nün ötənilki əməliyyat mənfəəti əvvəlki ilə nisbətən çox olub.

 

Reklam_3_11

Bunlar "Azərbaycan Sənaye Bankı", "Bank Respublika", "Express Bank", "Bank BTB", "Turan Bank", "Kapital Bank", "Premium Bank", "Rabitəbank", "PAŞA Bank", "Naxçıvan Bank", "Azərbaycan Beynəlxalq Bankı", İran Milli Bankının Bakı filialı, "Ziraat Bank Azərbaycan" və "Xalq Bank"dır. Ən yüksək dinamika "Azərbaycan Sənaye Bankı"nda (5,5 dəfə), ən aşağı dinamika isə "Xalq Bank"da (5,6%) qeydə alınıb.

 

6 bankın - "Yapı Kredi Bank Azərbaycan", "Bank Avrasiya", "AFB Bank", "Günay Bank", "Yelo Bank" və "Muğan Bank"ın isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma "Muğan Bank"da (73,7%), ən az azalma isə "Yapı Kredi Bank Azərbaycan" və "Bank Avrasiya"da (6,3%) qeydə alınıb.

 

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-i ötən il əməliyyat mənfəəti əldə etməyib, başqa sözlə əməliyyat zərərinə uğrayıb.

 

Bunlar "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "Amrah Bank" və "Bank VTB Azərbaycan"dır. Əməliyyat zərərinin ən yüksək həddi "Bank VTB Azərbaycan"da (8,866 milyon manat), ən aşağı həddi isə "NBC Bank"da (41

 

1 bankın - Pakistan Milli Bankının Bakı filialının əməliyyat zərəri artıb - 3,8 dəfə.

 

2 bankın - "Amrah Bank" və "Bank VTB Azərbaycan"ın isə əməliyyat zərəri azalıb - müvafiq olaraq 14,8% və 55%.

 

2 bank - "AGBank" və "NBC Bank" 2019-cu ildə əməliyyat zərəri ilə üzləşib, 2018-ci ildə əməliyyat mənfəəti əldə edib, 4 bank - "Access Bank", "Azər-Türk Bank", "Bank of Baku" və "Unibank" isə 2019-cu ildən əməliyyat mənfəəti ilə çıxıb, 2018-ci ildə əməliyyat zərərinə uğrayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Renkinq"

17.02.2020 05:47

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ