Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Küveyt və Səudiyyə Ərəbistanı tərəfsiz bölgədə neft çıxarmağa başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Küveyt və Səudiyyə Ərəbistanı tərəfsiz bölgədə neft çıxarmağa başladı

Küveytin Neft Naziri Xalid Əli Məhəmməd əl-Fadıl mətbuata etdiyi açıqlamsında, 5 illik fasilədən sonra Vefra bölgəsində neft çıxarmağa yenidən başlandığını bildirib. 


Marja xəbər verir ki, neft naziri, 2020-ci ili başa vurmadan Vefra neft sahəsindəki quyulardan gündəlik 140 min barel xam neft  istehsalına keçəcəklərini söyləyib. 

Reklam_3_11

 

Fadıl, Səudiyyə Ərəbistanı ilə etdikləri razılaşmaya görə, Hafçi sahəsindən də neft istehsalına başlayacaqlarını, buradakı quyulardan gündəlik 250 min barel neft istehsalı hədəflədiklərini bildirib. 


Səudiyyə Ərəbistanı ilə Küveyt arasındakı tərəfsiz bölgədə olan Hafci ve Vefra neft sahələrinin gündəlik 500-600 min barel neft istehsal gücü var.

 

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvü olan iki ölkə, 2014-cü ilin Oktyabr ayında  ekoloji səbəblərə görə Hafci sahəsindəki, 2015-ci ilin May ayında isə işlədilməsində maneələr olduğuna görə Vefra-dakı quyuları bağlamışdılar.

 

Səudiyyə Ərəbistanı və Küveyt  2019-cu ilin Dekabr ayında  5 il fasilədən sonra yenidən neft çıxarmaq barədə razılaşmışdılar. 

17.02.2020 06:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ