Nazirlikdən “Cybernet”ə 6,8 milyon manatlıq sifariş

Vergilər Nazirliyi elan etdiyi tenderin qalibinin “Cybernet” MMC olduğunu açıqlayıb. 


"Marja" xəbər verir ki, Nazirlik “Cybernet” MMC ilə müqavilə bağlayıb.

 

Məbləği 6 milyon 821 min 926 manat olan müqavilə "Dəstək xidmətinin göstərilməsi, proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi və lisenziyaların satın alınması"nı nəzərdə tutur. 

 

Xatırladaq ki, ötən ilin Sentyabr ayında bağlanılmış 559 min 84 manatlıq müqaviləyə görə, “Cybernet” MMC “Onlayn kassa informasiya sistemi”nin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS-ə) inteqrasiya edilməsi işlərini yerinə yetirir.
 

2019-cu ilin Dekabr ayında da Vergilər Nazirliyi “Cybernet” MMC ilə müqavilə bağlayıb. Məbləği 2 milyon 411 min 266 manat olan həmin müqavilə “Proqram təminatlarında əlavə və dəyişikliklərin edilməsi işlərinin yerinə yetirilməsi”ni nəzərdə tutur.

 
2004-cü ildən fəaliyyətdə olan “Cybernet” şirkəti Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər ölkələrdə İKT xidmətləri və texniki həllər üzrə xidmət göstərir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.

17 Fevral 2020 , 10:05   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin