Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Ekologiya postu” söküləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ekologiya postu” söküləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı-Sumqayıt yolu üzərindəki Baş Dövlət Yol Polisi İdarəsinin ''Ekologiya postu'' söküləcək.

 

Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolağının genişləndirilməsi ilə əlaqədar ərazidə olan "Ekologiya postu" plana düşüb. Bu işlər çərçivəsində post söküləcək. Amma həmin ərazidə yeni post tikiləcək.

 

Məlumata görə, müasir standartlara cavab verən post tam olaraq tikildikdən sonra köhnənin söküntüsünə başlanacaq. Bu müddət ərzində yolun digər hissələrində işlər davam edəcək. Yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından "xarici dairəvi" yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol da tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən ''20 yanvar'' dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər.

 

Bakı-Sumqayıt yolu ilə yanaşı, günün pik saatlarında tıxacın yarandığı Xırdalan şəhərinin də əsas prospekti təmir edilir.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Xezerxeber

17.02.2020 05:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ