Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Türk lirəsi üçün kritik həftə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk lirəsi üçün kritik həftə

Keçən həftə Türk Lirəsi Dollar qarşısında 1%-ə yaxın dəyərdən düşdü və Dollar/TL məzənnəsi 6.05 səviyyəsində bağlandı.

 

"Marja" xəbər verir ki, bu həftə gözlər Türkiyə Mərkəzi Bankındadır.

 
Keçən həftə 6.06 səviyyələrinədək yüksələn dollar/TL məzənnəsi bu səhər 6.04-də əməliyyat olunur. Türki Lirəsi, artan geosiyasi risklər ilə keçən həftə dollar qarşısında ən çox dəyər itirən pul vahidlərindən biri olmuşdur. 

 

Bu həftə Türkiyə Mərkəzi Bankının faiz qərarı məzənnə baxımından əhəmiyyətli olacaq. Bazarlar Bankın faizi 0,25 bənd endirərək 11,25%-dən 11%-ə salacağını gözləyir. Faizdə 0,50 bənd endirim ediləcəyi proqnozu da verilib.

 

Mərkəzi Bankın faizi sabit saxlayacağını hesab edənlər də çoxdur. İnflyasiyanın 12.15%-ə yüksəlməsi Mərkəzi Bankın faiz endiriminə davam etməsini çətinləşdirir. 

 

Bu həftə beynəlxalq kredit reytinqi təşkilatı "Fitch" Türkiyə qiymətləndirməsini açıqlayacaq. Fitch,  1 Noyabrda ölkənin "mənfi" olan proqnozunu "sabit"ə yüksəldmiş, kredit reytinqini BB- olaraq təsdiq etmişdi.

 

"Ata Yatırım" şirkətinin Direktoru Cem Tözge, "Mərkəzi Bankından kiçik bir faiz endirimi ola bilər ya da heç dəyişiklik olmaya bilər. Son baxdığımız kredit rəqəmləri, inflyasiyadakı son rəqəm səbəbi ilə bəlkə bu yığıncağı pas keçə bilər" ifadəsini istifadə edib. Tözge, məzənnənin, geosiyasi risklər və Mərkəzi Bank qeyri-müəyyənliyi ilə 6 üzərindəki hərəkətini davam etdirə biləcəyini söyləyib. 

17.02.2020 08:04

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ