Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycana gətirilən mobil telefonların sayı - 10 QAT AZ GÖSTƏRİLİRMİŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana gətirilən mobil telefonların sayı - 10 QAT AZ GÖSTƏRİLİRMİŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ildə xarici ölkələrdən Azərbaycana 1 milyon 407 min 069 ədəd mobil telefon gətirilib. Gətirilən mobil qurğuların ümumi məbləği 161 milyon 832,5 min dollar, bir telefonun orta qiyməti 115 dollar təşkil edib.

 

2018-ci illə müqayisədə Azərbaycana gətirilən mobil telefonların sayı 59% artıb, bir telefonun orta qiyməti isə 8 dollar yüksəlib.

 

Bununla yanaşı, bir neçə il əvvələ qədər, ölkəyə gətirilən mobil telefonların böyük hissəsi əslində dövriyyədən gizlədilirmiş.

 

Ölkəyə gətirilən mobil telefon qurğularının real sayı və qiymətləri isə yalnız gömrük sistemində baş verən islahatlar və şəffaflaşma prosesindən sonra, daha dəqiqi 2016-cı ildən üzə çıxmağa başlayıb.

 

Belə ki, Dövlət Statistika Komitəsinin (DSK) rəsmi məlumatlarına görə, 2014-cü ildə Azərbaycana cəmi 88,6 min ədəd mobil telefon gətirilib. Gətirilən telefonların ümumi dəyəri cəmi 5,1 milyon dollar, bir telefonun orta qiyməti 58 dollar təşkil edib.

 

2015-ci ildə bu göstərici demək olar ki, dəyişməyib –86,7 min ədəd telefon gətirilib. Əvəzində gətirilən telefonların ümumi dəyəri və orta qiyməti təqribən ikiqat artaraq müvafiq olaraq 9,3 milyon dollar və 107 dollara yüksəlib.

 

Rəqəmlərdən görünür ki, gömrüyün işində şəffaflaşma 2016-cı ildə başlayıb. Həmin  il ölkəyə gətirilən telefonların sayı 5 dəfədən çox artaraq 462 min ədədə, onların ümumi dəyəri isə 4,5 dəfə artaraq 41,6 milyon dollara çatıb.

 

2017-ci ildə ölkəyə gətirilən telefonların real sayı yenidən - kiqat artıb və 819,3 min ədədə çatıb. Onların ümumi məbləği artıq 69 milyon dollar, orta qiyməti isə 84 dollar idi.

 

2018-ci ildə isə ölkəyə ümumi dəyəri 884 min ədəd mobil telefon gətirilib. Onların ümumi dəyəri 95 milyon dollar yaxınlaşıb. Bir telefonun orta qiyməti 107 dollar olub.

 

 

Telefonların sayı, ədələ

Ümumi dəyəri, min dollar ilə

Bir ədəd telefonun orta idxal qiyməti, dollar ilə

2019

1407068

161832

115

2018

884000

94961

107

2017

819324

69033

84

2016

461938

41678

90

2015

86747

9317

107

2014

88615

5134

158

 

©Fed 

17.02.2020 08:29

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ