Ciddi problemlərin olduğu Bankın sədrinin vəzifəsindən azad edildiyi bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ciddi problemlərin olduğu Bankın sədrinin vəzifəsindən azad edildiyi bildirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AtaBank” ASC-nin İdarə Heyəti sədri Dəyanət Quliyevin vəzifəsindən azad edildiyi bildirilir.

 

Digər bir məlumata görə, Audit Komitəsinin sədri Dadaşov Miryaqub Mirdadaş oğlu və üzvi olan Səfərov Elvin Tahir oğlu da vəzifəsifələrini tərk ediblər.

 

Bundan öncə “AtaBank” sədrinin müavini vəzifəsində çalışan Hüseynov Rauf Qəhrəman oğlu dövlət kapitallı səhmdar cəmiyyətə transfer olub. 

 

D.Quliyev, 2016-cı ilin iyun ayında səhmdarların qərarı ilə Bankın İdarə Heyətinin sədri təyin edilmişdi.

 

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, "AtaBank"da ciddi problemlər olduğunu və bunun səbəbinin Bankın rəhbərliyi tərəfindən çox riskli bir neçə iri layihəyə kredit ayırması olduğunu qeyd etmişdi.

 

"AtaBank" barədə qərar tezliklə Maliyyə Sabitliyi Şurasında veriləcək. 

 

Adını açıqlamasını istəməyən mənbə, Dəyanət Quliyevin vəzifəsini tərk etdiyini Marja-ya təsdiqləyib.

 

Marja-nın bir neçə gün əvvəl əldə etdiyi məlumata görə, Mərkəzi Bankın əməkdaşları "AtaBank"da çalışırlar. Bankın bağlanılmaması üçün bütün variantlar qiymətləndirilir. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Banker

17.02.2020 09:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ