Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Sabaha olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə  Bakıda və Abşeron yarımadasında fevralın 18-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.

 

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 8-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi 777 mm civə sütunundan 773 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturugecə 1-6 , gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

17.02.2020 09:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ