Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Dövlət Vergi Xidməti Nazirliyin tərkibində müstəqil fəaliyyət göstərəcək”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Dövlət Vergi Xidməti Nazirliyin tərkibində müstəqil fəaliyyət göstərəcək”

“Dövlət Vergi Xidməti və digər xidmətlər İqtisadiyyat Nazirliyinin tərkibində müstəqil fəaliyyət göstərəcək”.

 

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

 

 O, "Artıq bir müddətdir ki, Vergilər Nazirliyi ləğv edilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) yaradılıb. Əgər mümkündürsə bu yeniliyin izahını verərdiniz. Qeyd edilən struktur dəyişikliyi sizə və vergi ödəyicilərinə nə verəcək?" sualına belə cavab verib:

 

"Əvvəla onu deyim ki, burada heç bir məhdudiyyət olmayacaq. Yalnız adı dəyişir və dünyanın bir çox ölkələrində oxşar təcrübələr var. Məsələn, qonşu Rusiya Federasiyasında da Maliyyə Nazirliyinə tabe olan Vergi Xidməti var. Bizdə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində islahatlar gedir. Cənab Prezident belə hesab elədi ki, iqtisadi artım templəri daha yüksək olmalıdır. Bunun üçün bir sıra vacib qurumları İqtisadiyyat Nazirliyinin "çətiri" altında birləşdirdi. Yəni İqtisadiyyat Nazirliyi inkişafın hədəflərinin müəyyən edir. Bunun üçün nə lazımdır? Əlbəttə maliyyə vəsaitləri lazımdır, digər məsələlər həll olmalıdır. Ona görə bu tabeçilik ora olub. Düşünürəm ki, müəyyən vaxt verilib və o vaxtdan sonra struktur və s. məsələlər öz həllini tapacaq, heç bir məhdudiyyət olmayacaq. Çünki DVX və digər xidmətlər İqtisadiyyat Nazirliyinin tərkibində avtonom rejimdə - müstəqil olaraq fəaliyyət göstərəcək. Hesab edirəm ki, burada heç bir sual, problem yoxdur".

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Report "

17.02.2020 09:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ