Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın investisiya şirkəti yeni hədəflərini müəyyən edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın investisiya şirkəti yeni hədəflərini müəyyən edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

3 aprel 2020-ci il tarixində saat 11:00-da  "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcəkdir. 

 

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, yığıncağın gündəliyində duran əsas məsələlər 
bunlardır:

 

1) 2019-cu ilin yekunlarına dair nəticələrin müzakirə edilməsi.

 

2) Şirkətin növbəti dövrlər üçün strateji plan və hədəflərinin müəyyən 
edilməsi.

 

3) Digər məsələlər.

 

Ümumi Yığıncaq Bakı şəhəri, Səbail rayonu, Qüllə küçəsi 16 ünvanında (AG center, 2-ci  mərtəbə) keçiriləcəkdir. 

 

Ötən ilin Sentyabr ayında “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin direktoru Mansur Məmmədov bildirmişdi ki, şirkət 2019 ilin sonuna qədər fəaliyyətini tam bərpa edəcək.

 

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə isə "Plato Menecment"ə dəyişib. Onun nizamnamə kapitalı 680 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur. 

17.02.2020 11:16

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ