Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycan və Dağıstan arasında yeni dəniz turizm marşrutu yaradıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan və Dağıstan arasında yeni dəniz turizm marşrutu yaradıla bilər

Azərbaycan və Dağıstan arasında yeni quru və dəniz turizm marşrutlarının yaradılması məsələsi müzakirə ediilib.

 

Milli Turizm Təbliğat Bürosundan verilən məlumata görə, Azərbaycan və Dağıstan arasında turizm sahəsində əməkdaşlıq perspektivləri Azərbaycan Respublikası Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev və Dağıstan Respublikasının turizm və xalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın görüşündə müzakirə edilib.

 

Görüşdə iki qurumun xətti ilə qonşu regionların turizm potensialının inkişaf etdirilməsi, turizm sahəsinə sərmayələrin cəlbi, həmçinin beynəlxalq turizmin inkişafı üçün şəraitin genişləndirilməsi məsələləri də müzakirə olunub.

 

Xatırladaq ki, “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanına əsasən, ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə 6 Fevral 2017-ci il tarixdə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib.

10.04.2017 08:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ