Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

6000 manatadək sanksiya şadlıq evlərinə də şamil olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
6000 manatadək sanksiya şadlıq evlərinə də şamil olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şadlıq evində POS-terminal quraşdırılmalıdırmı, əks halda buna görə maliyyə sanksiyası tətbiq edilirmi?

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın 1.2-ci bəndinə əsasən, şadlıq evləri həmin obyektlər sırasındadır. 2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox yol verildikdə isə 6000 manat maliyyə sanksiyası tətbiq olunur.

 

POS-terminalların quraşdırılması məcburi olan obyektlər aşağıdakılardır:

 

- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergiödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);

 

- dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri,

 

- istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən).

17.02.2020 11:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ