Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qanunsuz sığorta endirimlərilə bağlı yoxlamalar başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qanunsuz sığorta endirimlərilə bağlı yoxlamalar başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) reydlərə başlayıb. Söhbət qanunsuz sığorta endirimləri təklif edən sığorta şirkətləri və agentlərdən gedir.

 

Reklam_3_11

Sığorta bazarında əldə edilən məlumata görə, bununla bağlı ilk reyd regionlardan başlayıb. Aprel ayının 4-5-də Gəncə və Şəmkir şəhərlərində qanunsuz sığorta endirimləri ilə yoxlamalar aparılıb. Belə reydlərin digər regionlarda da davam etdiriləcəyi gözlənilir. Maliyyə Bazarlarına Nəzarət Palatasından isə bildirib ki, reydlərlə bağlı məlumat veriləcək.

 

Xatırladaq ki, sığorta bazarından çox saylı şikayətlərdən sonra MBNP bu ildən etibarən qanunsuz sığorta endirimləri ilə bağlı sanksiyaları daha da sərtləşdirib. Qanunsuz sığorta endirimi edən agentlərə qarşı ilkin olaraq 3000-4500 manat həcmində cərimə tətbiq edilir. Bu hal növbəti dəfə təkrarlanarsa, sığorta agenti lisenziyası müvəqqəti, daha sonra isə birdəfəlik ləğv edilir. Bundan əlavə qanunsuz sığorta endirimləri tətbiq edən sığorta şirkəti rəhbərinə qarşı da ciddi sanksiyalara başlanılıb. Belə ki, bununla bağlı neqativ hal aşkarlanarsa, şirkət rəhbəri əvvəlcə müvəqqəti, daha sonra isə birdəfəlik vəzifəsindən uzaqlaşdırıla bilər.

 

Qeyd edək ki, bəzi sığorta şirkətlərinin hələ də bazarda böyük məbləğdə sığorta endirimlərini davam etdirildiyini bildirilmişdi. Hətta avtomobillərin icbari sığortası üzrə müştərilərə verilən endirimlərin 30%-dək yüksəldiyi açıqlanmışdı. Nəticədə bununla bağlı mart ayının 14-də Palata sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirib və bu məsələ ilə ciddi tapşırıq verilib.

 

© Fins.az

10.04.2017 08:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ