Azərbaycan iqtisadiyyatı 2020-yə bu artımla başladı

2020-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 6,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

 

Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.

 

Bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 4,9 faiz artmış, neft-qaz sektorunda isə 0,7 faiz azalmışdır. 

 

Əlavə dəyərin 44,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrində, 19,0 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil etmişdir.

 

Əhalinin hər nəfərinə düşən ÜDM  655,3  manata bərabər olmuşdur.

 

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq və ya 2019-cu ilin müvafiq ayı ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

 

Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,6 faiz artmışdır.

 

Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda, 26,4 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

 

Mədənçıxarma sektorunda neft hasilatı 3,8 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 21,1 faiz artmışdır.

 

2019-cu ilin yanvar ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3,2 faiz, bitkiçilik məhsullarının istehsalı isə 12,5 faiz artmışdır

17 Fevral 2020 , 18:20   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin