Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda traktor istehsalı dayandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda traktor istehsalı dayandı

2020-ci ilin yanvar ayında Azərbaycanda traktor istehsal edilməyib.

 

Reklam_3_11

“Marja”nın rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, Gəncə Avtomobil Zavodu yanvarda Belarus traktorlarının yığımını dayandırıb.

 

İstehsalın dayanmasının səbəblərindən biri traktorların satılmamasıdır. Zavodun anbarındakı 286 traktor öz müştərisini gözləyir.

 

Azərbaycanda traktor istehsalında tənəzzül ötən il başlayıb. Belə ki, 2019-cu ildə ölkəmizdə 905 ədəd traktor istehsal edilib. 2018-ci illə müqayisədə traktor istehsalı 30.5% azalıb. 

 

2018-ci ildə  ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi. 

 

Azərbaycanda traktorların yeganə istehsalçısı Gəncə Avtomobil Zavodu 2007-ci ildən etibarən dövlət sifarişi əsasında müxtəlif modeldə traktorlar yığaraq “Aqrolizinq” ASC-yə təhvil verirdi. “Aqrolizinq” aldığı traktorları lizinq şərtləri ilə fermerlərə satırdı.

 

2019-cu ildən mexanizm dəyişib. Artıq texnikaların güzəştli şərtlərlə əldə edilməsini Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir. Agentlik Gəncə Avtomobil Zavodundan və digər şirkətlərdən traktor alaraq fermerlərə satmır. İndi seçim azaddır. Fermer istədiyi təchizatçıdan (şirkətdən) texnikanı (o cümlədən traktoru) seçir, müqaviləsini bağıayır, pulunu ödəyir və sonra 40% güzəşti almaq üçün  Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edir. Yəni, 40% güzəştlə traktor alan zaman mütləq Gəncə Avtomobil Zavodunun traktorunu almaq tələbi yoxdur.

 

Ehtimal ki,  dövlət sifarişlərinin olmaması ilə də bağlı olaraq Gəncə Avtomobil Zavodunun istehsalı azalıb. Azərbaycan bazarında müxtəlif markaların traktorları satılır və fermerlə bu traktorları da dövlətin dəstəyi ilə əldə edə bilirlər. Qısası, bazarın liberallaşması Gəncə Avtomobil Zavoduna mənfi təsir edib.

17.02.2020 16:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ