Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Ötən il dövriyyədəki nağd pulun həcmi 24% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il dövriyyədəki nağd pulun həcmi 24% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən il dövriyyədədki nağd pul 1,9 milyard manat və ya 25% artaraq ilin sonunda 9,5 milyard manata çatıb.


 

2019-cu ildə pul təklifinin genişlənməsi monetar şəraitin neytrala yaxınlaşdırılmasında mühüm rol oynamışdır.

 

Marjanın məlumatına görə, Mərkəzi Bankın Pul Siyasəti İcmalında bildirilir  ki, il ərzində manatla pul bazası 27.3% artmış və dövrün sonuna 12.2 mlrd. manat təşkil etmişdir. Pul bazasının artımında xalis xarici aktivlərin (XXA) payı 26.3%, xalis daxili aktivlərin (XDA) payı isə 73.7% təşkil etmişdir.

 

İl ərzində manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 24.4%, manatla müxbir hesabların qalığı isə 49.2% artmışdır.

 

2019-cu ildə manatla geniş pul kütləsi (M2) 24.5% artmış və dövrün sonuna 18.2 mlrd. manat təşkil etmişdir. M2 üzrə monetizasiya göstəricisi (pul kütləsinin ÜDM-ə nisbəti) ötən illə müqayisədə 4 faiz bəndi yüksəlmişdir.

 

Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri  fərqli dinamika nümayiş etdirmişlər.

 

İl ərzində nağd pul kütləsi 25%, hüquqi şəxslərin manatla depozitləri 18.4%, fiziki şəxslərin manatla əmanətləri isə 31.5% artmışdır.

 

 İl ərzində geniş mənada pul kütləsinin tərkibinə daxil olan manatla tələb olunanadək əmanət və depozitlər 26.2%, müddətli əmanət və depozitlər isə 19.9% (M2-də xüsusi çəkisi 15.6%) artmışdır

 

2019-cu ildə geniş pul kütləsi (M3) 20% artmış və dövrün sonuna 28.9 mlrd. manat təşkil etmişdir. M3 üzrə monetizasiya göstəricisi ötən illə müqayisədə 5 faiz bəndi yüksəlmişdir.

 

2019-cu ildə bank depozitlərinin dollarlaşma səviyyəsində azalma meyili davam etmişdir. Belə ki, il ərzində milli valyutada əmanət və depozitlər 24.1%, xarici valyutada isə 12.9% artmışdır. Xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi 2018-ci ilin sonunda 39.1% olduğu halda, 2019-cu ilin sonuna 36.8%-ə enmişdir. Xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi 2018- ci ilin sonunda 57.2%-dən 2019-cu ilin sonuna 54.9%-ə enmişdir.


 

M0 = ödəniş vəsaiti kimi istifadə olunan pul kütləsinin ən likvid hissəsidir. Dövriyyədə olan
banknot və sikkələr.

 

M1 = M0 + manatla tələb olunanadək əmanət və depozitlər

 

M2 = M1 + manatla müddətli əmanət və depozitlər

 

M3 = M2 + sərbəst dönərli valyutada əmanət və depozitlər. 

18.02.2020 04:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ