Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Sədərək” Ticarət Mərkəzində yanğın - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Sədərək” Ticarət Mərkəzində yanğın - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

 

Reklam_3_11

Nazirlikdən verilən xəbərə görə, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş verib. Yanğın 600-700 kvadratmetr sahəni əhatə edib.

 

Yanğın saat 08:57 məhdudlaşdırılıb, saat 09:05 söndürülüb.

 

Hazırda yanğın yerində soyutma və kiçik konstruktiv materialların söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

 


“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

 

Hadisə səhər saatlarında qeydə alınıb. 

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Lakin yanğın hadisəsi bazarın mərkəzində baş verdiyindən yanğınsöndürən maşınlar alovun olduğu əraziyə daxil olmaqda çətinlik çəkirlər. Artıq alov bir neçə mağazanı bürüyüb. 

 

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Dölət Yanğından Mühafizə xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. 

 

Yanğının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

 

XXX

 

Bu dəqiqəyə qədər “Sədərək” Ticarət Mərkəzində 1 000 kvadratmetrdən çox ərazi yanıb.

 

Yanğınsöndürmə işləri davam etdirilir. 

 

Hadisə yerinə helikopter də cəlb olunub.

 

XXX

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın  baş verməsi barədə məlumat daxil olub.

 

Nazirliyin yaydığı məlumatda bildirilir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

"Yanğın məhdudlaşdırılıb. Əlavə məlumat veriləcək",- məlumatda deyilir.

 

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

 

XXX

 

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın yerinə 5 təcili yardım briqadası göndərilib.

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, 8 nəfərə hadisə yerində yardım göstərilib.

 

Hadisə zamanı başından xəsarət (travma) alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. 

 

 

18.02.2020 05:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ