Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qızıl satanlar nəzarətə götürüləcək - "Tədbirlərin bəziləri təxirəsalınmazdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızıl satanlar nəzarətə götürüləcək - "Tədbirlərin bəziləri təxirəsalınmazdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda zərgərlik sahəsində fəaliyyət göstərən iştirakçıların fəaliyyətlərinin qanuni əsaslarla həyata keçirilməsi təmin edilməlidir.

 

Bunu "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar" mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

Onun sözlərinə görə, dövlət bazar iştirakçılarına həmin bu keçidi həyata keçirməklə dəstək olmağa hazırdır.

 

"Təəssüf ki, sektorda şəffaflığın təmin edilməsi bu gün bir məsələ olaraq qalır. Zahiri parıltının altında çox da xoş olmayan mənzərə mövcuddur. Azərbaycanda zərgərlik bazarının real vəziyyəti qiymətli metallar, qiymətli daşlar istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, həmçinin müvafiq idxal-ixrac əməliyyatları ilə bağlı durum bu sahədə bir sıra tədbirlərin görülməsini zəruri edir. Bu tədbirlərin bəziləri, hesab edirəm ki, təxirəsalınmazdır", - deyə nazir qeyd edib.

 

O həmçinin əlavə edib ki, statistika ilə real göstəricilər arasında ciddi fərqlər mövcuddur:

 

“Biz “kölgə iqtisadiyyatı”nın bu sahədə azaldılmasına nail olmalıyıq. Güzəştlər o şəxslərə verilir və veriləcək ki, şəffaf fəaliyyət göstərəcək. Bu sahədə rəqabət mühitinin olması da bizim üçün əsas məqsədlərdən biridir. Zərgərlik sahəsində aparılan təhlillər burada rəqabət mühiti ilə bağlı bir sıra çatışmamazlıqların olduğunu göstərir. Bu, həm istehlakçıların hüquqlarına, həm də bizim imicimizə zərbə vuran məqamlardan biridir. Nəticə etibarı ilə qanuna riayət edən uduzur. Bu, ədalətli deyil. Biz bununla birmənalı şəkildə barışmayacayıq. Bazarda ədalətli və şəffaflığın təmin edilməsi dövlətin aidiyyatı strukturların üzərinə düşən əsas hədəflərindən biridir. Zərgərlik sahəsində çətinlikləri müəyyən etmək üçün qısa müddət ərzində ixtisaslaşmış assosasiyasının yaradılması təqdirəlayiqdir. Həmçinin zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarlardan və hökumət nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması təklif edilir”. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA, Report

18.02.2020 07:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ