Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Sahibkarlara kompensasiya ödəniləcək" - "SƏDƏRƏK"DƏN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sahibkarlara kompensasiya ödəniləcək" - "SƏDƏRƏK"DƏN AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzində (TM) baş verən yanğın nəticəsində zərər çəkən sahibkarlara kompensasiya ödəniləcək.

 

Bunu açıqlamasında mərkəzin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib.

 

Onun sözlərinə görə, sahibkarlara dəymiş ziyan tam ödəniləcək:

 

"Bu ilin yanvar ayından ticarət mərkəzindəki bütün mağazaların sığortalanmasına başlanıb. Artıq bazardakı əksər mağazalar sığortalanıb. Yəqin ki, yanğın baş verən ərazidəki mağazalar da sığortalıdır. Hazırda sığorta şirkəti hadisə yerindədir, dəymiş ziyan müəyyənləşdirilir. Sığorta ilə yanaşı, ticarət mərkəzinin rəhbərliyi tərəfindən də sahibkarlara kompensasiya ödəniləcək. Mağazaların icarə haqlarında və digər xərclərdə sahibkarlara yardım ediləcək".

 

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib. Yanğın zamanı 22 mağaza içərisindəki mallarla birlikdə yanıb, 8 mağazaya isə ziyan dəyib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Trend

18.02.2020 07:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ