Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azərişıq” MTK-lara xəbərdarlıq etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərişıq” MTK-lara xəbərdarlıq etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Enerji sektorunda maliyə intizamının gücləndirilməsi programı”nda enerji haqlarının yığılmasının 100 %-ə çatdırılması enerji təchizatı müəssisələrinə bir vəzifə olaraq tapşırıldığından həmin vəzifənin layiqincə yerinə yetirilməsi üçün “Azərişıq” ASC tərəfindən irimiqyaslı texniki və təşkilati tədbirlər görülür”.

 

Reklam_3_11

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

 

Qeyd olunub ki, uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb:

 

“Lakin görülmüş tədbirlərə baxmayaraq, bu sahədə işimizə maneə olan elektrik enerjisinin talan olunması kimi neqativ hallar hələ də ciddi narahatlıq yaradır. Bəzi istehlakçıların, xüsusən də villa, MTK, sənaye və içtimai iaşə obyektləri, otel, istixana və s. sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir ki, bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, digər istehlakçıların, xüsusilə də əhalinin enerji təchizatında ciddi problemlər yaradır.

 

Qeyd olunanları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqazidd hərəkətlərə yol verən istehlakçıları bir daha xəbərdar edirik ki, belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün hüquq- mühafizə orqanlarına müraciət olunaraq azerishiq.az saytında və kütləvi informasiya vasitələrində ictimaiyyət məlumatlandırılacaq”.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

©  “Qafqazinfo”

18.02.2020 08:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ