Azərbaycan ipoteka kreditlərinin faizlərinə görə 66-cı yeri tutudu
Azərbaycan 20 il müddətinə verilən ipoteka kreditlərinin illik faiz dərəcəsinin aşağı olmasına görə 103 ölkə arasında 66-cı yerdə qərarlaşıb.
Bu barədə "Numbero" portalının statistik məlumatında deyilir.
Məlumatda qeyd edilib ki, Azərbaycanda ipoteka kreditlərinin illik orta faiz dərəcəsi 8,09%-dir və bu göstərici ilə Azərbaycan qonşu ölkələr arasında ən ucuz ipoteka krediti verən ölkədir. Belə ki, ipoteka kreditlərinin illik faiz dərəcəsi İranda 20,08%, Rusiyada 20,08%, Ermənistanda 11,56%, Türkiyədə 18,62%, Gürcüstanda 12,12% təşkil edir.
Məlumata əsasən, dünyada ipoteka kreditinin illik faiz dərəcəsinin ən ucuz olduğu ölkələr Finlandiya (1,46%), Yaponiya (1,48%) və Slovakiya (1,60%), ən baha olduğu ölkələr isə Argentina (41,50%), Venesuela (22,68%) və İrandır (20,08%).
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
7 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
9 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl