Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

AZAL-da meqa zərər

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL-da meqa zərər

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2017-ci ili 41 milyon 568 milyon manat zərərlə başa vurub.

 

Aviaşirkətin maliyyə hesabatına görə, bu, 2016-cı ilə nisbətən 83,7% azdır.

 

Bununla belə, qurumun yığılmış zərəri 3% də artaraq 1 milyard 433 milyon 579 min manata çatıb.

 

2017-ci ildə AZAL-ın əməliyyat gəlirləri 879 milyon 904 min manat (2016-cı illə müqayisədə 27,9% çox), əməliyyat xərcləri 883 milyon 184 min manat (25,05% çox), maliyyə xərcləri 91 milyon 636 min manat (33,2% çox), valyuta məzənnələrinin dəyişməsindən gəlirləri isə 53 milyon 348 min manat (2016-cı ildə zərər olub) təşkil edib.

 

2018-ci il yanvarın 1-nə AZAL-ın aktivləri 2 milyard 129 milyon 27 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,2% azdır. Bunun 1 milyard 864 milyon 432 min manatı əmlak və avadanlıqlardır. Bu isə illik müqayisədə 1,4% çoxdur.

 

Hesabat dövründə aviaşirkətin öhdəlikləri 12,4% artaraq 2 milyard 634 milyon 27 min manata, balans kapitalının çatışmazlığı isə 2,7 dəfə artaraq 505 milyon manata çatıb.

 

Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Səhmləri 100% dövlətə məxsus aviaşirkətin nizamnamə kapitalı 823 milyon 974 min manatdır. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Report

18.02.2020 10:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ