Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Maliyyə Nazirliyi 8.2% ödəməyə qərar verdi - 10 MİLYON MANAT BORC ALINDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi 8.2% ödəməyə qərar verdi - 10 MİLYON MANAT BORC ALINDI

18 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  10 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

Hərrac zamanı 11 investor tərəfindən qiyməti intervalı 98.0000  AZN (9.1315%) və 102.526 AZN (7.9980%) olan 14 sifariş təqdim edilib.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9422 (8.3875%), orta ölçülmüş qiyməti 101.6595 (8.2102%) müəyyən edilib.

 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55 milyon 292 min 300 manat, yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib.

 

İstiqrazların ödəmə tarixi  21 yanvar 2025-ci  ildir.  

 

Hərrac iştirakçıları 19 fevral 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

 

İstiqrazların buraxılış parametrlərinə görə, emissiyanın həcmi 10 milyon manatdır. Emissiya hər birinin nominal dəyəri 100 manat təşkil edən 100 min istiqrazdan ibarətdir.

 

 

HƏMÇİNİN OXU: Dövlət birinin qiyməti 100 manat olan 100 min istiqraz satışa çıxarır - 8,5% GƏLİR

 

18.02.2020 13:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ