Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ukrayna Milli Bankının sədri istefa verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ukrayna Milli Bankının sədri istefa verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ukrayna Milli Bankının (NBU) sədri Valeriya Qontaryova ölkə prezidenti Pyotr Poroşenkoya istefa ərizəsini təqdim edib.   "Interfax" agentliyi xəbər verir ki, bu barədə məlumatı NBU və prezident aparatı hələ rəsmən şərh etməyib.

 

Reklam_3_11

Qeyd edək ki, NBU sədrinin istefa ərizəsi yazmasına səbəb bir həftə əvvəl Ukrayna Milli Bankı (NBU) ölkədən pul vəsaitinin qanunsuz çıxarılması sxeminin təşkilində şübhəli bilinməsi göstərilir. Bunu Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) rəhbəri Artyom Sıtnik tərəfindən "TCH" kanalına müsahibəsində bildirib.

 

NABU hazırda mərkəzi bankın kommersiya banklarına pul vəsaitlərinin ofşor hesablara köçürülməsinə yardım etmək imkanlarını araşdırır. Müxtəlif hesablamalara görə, 1991-ci ildən etibarən Ukraynadan 148 mlrd. ABŞ dolları həcmində vəsaitin çıxarıldığı bildirilir.

 

A.Sıtnikin açıqlamalarına əsasən, NBU-nun təkrar maliyyələşmə ilə kommersiya banklarına verdiyi kreditlər ofşor hesablara və ya xarici banklara ötürülüb. Əməliyyat çərçivəsində NBU binasında axtarışlar aparılıb və lazımi sənədlər götürülüb. NABU rəhbəri həmçinin qeyd edib ki, "fikrimizcə, mərkəzi bankın iştirakı olmadan böyük həcmdə pul vəsaitinin xaricə köçürülməsi mümkün deyil".

 

© Report

10.04.2017 09:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ