Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bu sığorta şirkəti Ağsuda yeni nümayəndəliyini açdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu sığorta şirkəti Ağsuda yeni nümayəndəliyini açdı

 

PAŞA Sığorta şirkəti aprelin 4-ü Ağsu şəhərində yeni nümayəndəliyi müştərilərin xidmətinə verib.

 

Şirkətdən verilən məlumata görə, təntənəli açılış mərasimində “PAŞA Sığorta” ASC-nin idarə heyətinin sədrinin birinci müavini, departament və şöbə rəhbərləri, həmçinin yerli icra hakimiyyətinin rəhbər və məsul işçiləri iştirak edib. Müasir tələblərə tam cavab verən yeni nümayəndəlik Ağsu şəhəri, Nizami küçəsi 5 ünvanında fəaliyyət göstərəcək.

 

Nümayəndəlik şəbəkəsinin genişlənməsi PAŞA Sığorta şirkətinin əsas inkişaf prioritetləri sırasındadır, əsas məqsəd isə tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.

 

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

10.04.2017 09:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ