Gürcüstan məhsullarının Azərbaycana ixracı artdı
Bu ilin yanvar ayında Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 102 milyon 749 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin hesabat dövrü ilə müqayisədə 3,7% və ya 3 milyon 701 min dollar azdır.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Hesabat ayında Gürcüstan Azərbaycandan 58 milyon 768 min dollarlıq mal və məhsul idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 9% azalıb. Azərbaycandan idxal Gürcüstanın hesabat dövründəki ümumi idxalının 9,5%-ni təşkil edib.
Yanvar ayında Gürcüstanın Azərbaycana ixracı isə 43 milyon 9812 min dollara bərabər olub. Bu, 2019-cu ilin eyni ayı ilə müqayisədə 27,6% çoxdur. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 16,7%-ni təşkil edib.
Nəticədə, Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 14 milyon 786 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 50,9% azalıb. Ötən ilin yanvarında mənfi saldo 30 milyon 131 min dollara bərabər olub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
2 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl