“Qiymətləri 100 faiz qaldırıb, turistləri buradan qaçırmayaq”
“Fan-zonalarda hər şirkət bir məhsul satacaq. Çünki bu bir aylıq tədbirdir. Biz bir məhsulun digər şirkətlər tərəfindən satışının həyata keçirilməsinə imkan verməyəcəyik. İstəmirik ki, orada rəqabət yaransın. İstəyirik ki, tenderdə qalib gələn şirkətlər bu bir ay ərzində satışdan gəlir əldə edə bilsin”.
Bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.
O, yarış zamanı Bakıda fəaliyyət göstərən restoranların, pabların, kafelərin qiymətləri çox artırmasından narazılığını da bildirib:
“Biz şəhərdə digər iaşə obyektlərinin satış prosesinə qarışa bilmərik. Ancaq qiymətlərin 100 faiz qaldırılması doğru deyil. Fan-zonalarda 50 faizədək qiymət artımı ola bilər. Avropada da belə tədbirlər zamanı qiymət artımı olur. Amma bu, 30 faizdən yuxarı olmur. Biz düşünməliyik ki, turistləri buradan qaçırmayaq. Onlar burada yüksək qiymətləri görüb qorxmasınlar, əksinə Bakıya bir də gəlmək haqqında düşünsünlər”.
Qeyd edək ki, 13-21 iyun tarixlərində Bakıda AVRO-2020-nin qrup mərhələsinin oyunları keçiriləcək.
© Oxu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 16 saat əvvəl
-
18 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
21 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl