Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Depozit hərracında böyük tələb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Depozit hərracında böyük tələb

 

10 aprel 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 353,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,58% təşkil etmişdir. Qısası depozit hərracında tələb təklifi 77% üstələyib.

 

"Marja" xəbər verir ki, Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamışdı.

 

Xəbər verdiyimiz kimi,  03 aprel 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 149,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,76% təşkil etmişdi. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqlamışdı.

 

31 mart 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 301,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,53% təşkil etmişdir. Mərkəzi Bank 200 milyon manat cəlb edəcəyini açıqlamışdı.

 

Martın 27-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 336,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,71 faiz təşkil etmişdi. Mərkəzi Bank 300 milyon manat cəlb edəcəyini elan etmişdi. Beləliklə, son 4 hərrac ilə  Mərkəzi Bank 800 milyon manatı dövriyyədən çıxardıb.

 

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.

10.04.2017 10:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ