Azərbaycanda "QAZ" markalı müxtəlif təyinatlı avtomobillərin yığımı gözlənilir
“Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ Qrup) ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə zavodun tikintisi başa çatmaq üzrədir”.
Bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, zavod üçün avadanlıq sifariş verilib: “Yaxın zamanlarda avadanlıq gətiriləcək və quraşdırılacaq. Mart ayına qədər avadanlığın quraşdırılması prosesi başa çatacaq. Test rejimində avadanlığın işlədilməsi və yığım işlərinə başlanılması gözlənilir. İşlər sürətlə getsə bu il zavodda ilk məhsul buraxıla bilər”.
Xatırladaq ki, 2019-cu ilin fevralın 9-da kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Zavodun dəyəri 14 milyon manatdır. Burada ildə, təxminən, 1000 ədəd "QAZ" markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq. Zavodda 100 nəfərin işlə təminatı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
12 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 12 saat əvvəl
-
13 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 13 saat əvvəl
-
16 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 16 saat əvvəl
-
16 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
16 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir