Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Expressbank müştəriləri yarım milyondan artıq cashback əldə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Expressbank müştəriləri yarım milyondan artıq cashback əldə edib

® Müasir dövrdə istifadəçilərin rahatlığını təmin edən nağdsız ödənişlərin sayı artmaqdadır.

 

Plastik kartların istifadəsi müştərilərə vəsaitlərini daha səmərəli nizamlamağa və əlavə gəlir qazanmağa imkan yaradır. Xərcləyərkən gəlir qazandıran Expressbank-ın Expressclub layihəsi artıq müştərilərin hesabına 500 000-dən artıq cashback köçürüb.

 

Expressbank-ın bütün plastik kart sahibləri ölkə daxilində POS-terminallar vasitəsilə ödəniş edərkən Expressbank-ın tərəfdaşı olan ticarət/əyləncə mərkəzlərində xərclədikləri vəsaitin 30%-dək hissəsini karta geri alırlar (cashback). Expressclub hətta tərəfdaş olmayan müəssisələrdə də xərclənən məbləğin müəyyən hissəsini geri qaytarır. Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsi ilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirə bilərlər.

 

Son aylar ərzində müştərilərə ən çox cashback qazandıran Bank tərəfdaşları - Kontakt Home, Gömrük Hospital, Araz market, Şahdağ Hotel&Spa, Ştutqart, Baku Electronics. Həmçinin, mühüm tərəfdaşların siyahısına məşhur geyim butikləri, restoranlar və digər ticarət-iaşə nöqtələri daxildir.

 

Bank müştərilərə Expressclub-un bütün tərəfdaşlarına dair məlumatı əks etdirən “Expressclub” mobil əlavəsini də təqdim edir. (yükləmək üçün link: https://www.expressbank.az/expressclub-app)  Qeyd edək ki, əlavəni yükləyən hər kəs kampaniya və endirim xəbərlərindən faydalana, və tərəfdaşların ünvanlarını daha asanlıqla tapa bilər. 

 

Expressclub-un üzvü olmaq və hər alış-verişdən pul qazanmaq üçün Expressbank-ın istənilən plastik kartına sahib olmaq kifayətdir. Kartın əldə olunması üçün şəxsiyyət vəsiqəsi ilə ən yaxın filiala yaxınlaşmaq və ya https://www.exb.az/ vasitəsi ilə onlayn sifariş etmək mümkündür.

 

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində  15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

19.02.2020 13:00

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ