Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib

Fevralın 18-də Minsk şəhərində keçirilən “Travel Connections Minsk” tədbirində Belarusun 25 turizm şirkətinə Azərbaycanın turizm məhsulları təqdim edilib.

 

Dövlət Turizm Agentliyinin yayadığı məlumata görə, B2B formatında keçirilən görüşlərdə Azərbaycanın turizm potensialı haqda geniş məlumat verilib.

 

Eyni zamanda iştirakçılara Azərbaycanın yeni turizm marşrutları nümayiş olunub.

 

Tədbirdə Minsk-Bakı arasında birbaşa uçuşların olması, iki ölkə arasında vizasız rejimin tətbiqi, dil baryerinin olmaması xüsusi vurğulanıb və bu imkanlardan yararlanaraq turistlərin sayının artırılması müzakirə olunub.

 

Qeyd edək ki, ötən il Belarusdan Azərbaycana səfər edənlərin sayı 2018-ci illə müqayisədə 14.2 faiz artaraq 14841 nəfər təşkil edib.

19.02.2020 13:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ