Dollar indeksi yenidən psixoloji həddi ötüb
Dollar indeksi psixoloji hədd sayına 100 bəndin üzərində möhkəmlənib və hazırda 101,1 bənd təşkil edir. Dollar indeksi 2015-ci və 2016-cı illərdə bu səviyyəni ötsə də, bu, qısamüddətli olub.
Qeyd edək ki, dollar indeksi - ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu valyutalar - avro (səbətdə payı 57,6%), yen (13,6%), funt sterlinq (11,9%), Kanada dolları (9,1%), İsveç kronu (4,2%) və İsveçrə frankı (3,6%) təşkil edir. İndeks 1973-cü ilin mart ayından hesablanır və baza dəyəri 100 qəbul olunub.
Analitiklər bildirir ki, dollar indeksinin ən azı 112 səviyyəsinə yüksəlməsi mümkündür ki, bu da cari səviyyələrdən dolların əsas valyutalarla müqayisədə orta hesabla daha 12% bahalaşacağını göstərir: "Yəni, əsas valyuta cütlüyü sayılan USD/EUR-da cari səviyyə 1,0580 kimi nəzərə alınarsa, ortamüddətli perspektivdə məzənnənin 0,93-ə geriləyəcəyi ehtimal edilə bilər. Təbii ki, səbətdəki bəzi valyutalarla müqayisədə dollar daha çox, bəzilərinə qarşı daha az möhkəmlənə bilər. Lakin, dollar indeksi 112 bənd səviyyəsini ötərsə, 120, bu səviyyəni də keçərsə, 130-a çata bilər".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
6 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
9 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
9 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 12 saat əvvəl
- 13 saat əvvəl