Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Monteneqrodakı Azərbaycan bankının sahibi dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Monteneqrodakı Azərbaycan bankının sahibi dəyişdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Monteneqroda fəaliyyət göstərən Azərbaycan şirkətlərinə məxsus “Nova Banka Polgorica” SC-nin (əvvəllər “Azmont Bank”) sahibi dəyişib.

 

Kumbor şəhərində yerləşən “Azmont İnvestments LLC” şirkəti bankı tam həcmdə ABŞ-ın Uilminqton şəhərində yerləşən “Adriatic Capital LLC” şirkətinə satıb.

 

299 511 761 ədəd səhmin satışı Monteneqro Fond Birjasında həyata keçirilib.

 

Alqı-satqı predmeti olan bankın 2019-cu il üzrə maliyyə göstəriciləri məlum olmasa da, 2018-ci ildə 4,6 milyon avro zərərlə işlədiyi məlumdur. Auditor rəyinə görə, 2019-cu ilin əvvəlinə kredit təşkilatının nizamnamə kapitalı 12 milyon avroya yaxın olub. Başa çatmış il ərzində bankın aktivləri 14,6% artaraq 25,9 milyon avroya çatıb. Həmçinin bankın kredit zərfi də il ərzində 18,5% artaraq 12,8 milyon avroya çatıb. Bunun 10,3 milyonu korporativ sektora ayrılıb, qalan məbləğ də istehlak kreditlərinin payına düşür. 

 

“Nova Banca Podgorica” 2012-ci ildə sahilyanı Kumbor şəhərində “Portonovi” turizm kompleksi tikmək məqsədilə “Azmont İnvestments” və “Azerbaijan Global İnvestments” şirkətləri təsis edib. Bu təsisatın başqa bir səbəbi kimi “Şahdəniz-2” layihəsi çərçivəsində Avropaya təbii qaz ixracını nəzərdə tutan Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin reallaşdırılması göstərilir. Bu layihə çərçivəsində Azərbaycan və Monteneqro hökumətləri arasında anlaşma memorandumu imzalanıb.

 

Qeyd edək ki, “Azmont İnvestments”in ana şirkəti olan “Azerbaijan Global İnvestments” LLC-nin səhmdarları “Pasha Development”, “Ata Holding”, “Synergy Group” şirkətləridir.

 

© Report

19.02.2020 15:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ