Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan gəlirinin azalmaması üçün daha çox xam neft satıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan gəlirinin azalmaması üçün daha çox xam neft satıb

Neftin qiymətinin düşdüyü bir dövrdə Azərbaycan xam neft ixracı miqdarını artıraraq gəlirlərini artırıb.

 

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin Yanvar ayında Azərbaycandan 3 milyon 986 min ton xam neft ixrac edilib. Bu həcmdə xam neftin ixracından 1 milyard 960 milyon 560 mon dollar gəlir əldə edilib.

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar ayından Azərbaycandan 2 milyon 395 min ton xam neft ixrac edilmiş və 1 milyard 18 milyon 113 min dollar gəlir əldə edilmişdi.

 

Beləliklə, 2019-cu ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında xam neft ixracı miqdar ifadəsində 1 milyon 591 min ton və ya 66,4%, məbləğ ifadəsində isə 942 milyon 447 min dollar və ya 92,6% artıb.

 

Yanvarda Azərbaycanın ixracının 93%-i neft və qaz sektoruna daxil olan mallar hesabına formalaşıb.

 

Çindən dünyaya yayılan koronavirus epidemiyasına görə Yanvar ayında neft qiymətləri düşüb.

20.02.2020 04:53

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ