Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yeni virusdan ölənlərin sayı artsa da, yoluxanların sayı azalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni virusdan ölənlərin sayı artsa da, yoluxanların sayı azalır

Çində koronavirusdan ölənlərin sayı artıb.

 

Reklam_3_11

Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Qeyd edilir ki, yeni virusdan ölənlərin sayı ümumilikdə 2 min 120 nəfərə çatıb. 

 

Bir gün ərzində virusdan 114 ölüm hadisəsi baş verib. Ölkə üzrə ümumilikdə 16 min 155 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıblar.

 

Komitə qeyd edib ki, koronavirusa yoluxanların da sayı artır. 

 

Hazırda ölkədə 74 min 576 insan virusun daşıyıcısıdır. Virusa yoluxan 11 min 864 nəfərinin vəziyyəti ağırdır. 

 

31 əyalətdə 56 min 303 nəfər müalicə alır. 

 

Ötən gün 394 xəstə müəyyən edilib, bu 23 yanvardan bu yana gündəlik müəyyən edilən ən aşağı Kovid-19 rəqəmidir. 

 

Ölkədə Kovid-19-a tutulduqları şübhəli olan şəxslərin sayı 4 min 922-yə, müşahidə altına alınanların sayı 126 min 363-ə geriləyib.

 

20.02.2020 05:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ